İsrail ordusu İordan çayının qərb sahilində 2 fələstinlini öldürüb

10:19 13 Mart 2024

İşğal altındakı İordan çayının qərb sahilinin şimalında, Cənin şəhərində bir xəstəxananın təcili yardım otağının qarşısında İsrail ordusunun açdığı atəş nəticəsində 2 fələstinli ölüb, 4 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Cənin Dövlət Xəstəxanasının səhiyyə rəsmisi AA müxbirinə bildirib ki, İsrail qüvvələri Cənindəki Xəlil Süleyman Dövlət Xəstəxanasının təcili yardım otağının qarşısında bir qrup fələstinliyə atəş açıb.

Rəsmi hadisə zamanı 2 fələstinlinin həyatını itirdiyini, 4 nəfərin yaralandığını bildirib.

Kənan

Sitat.info



Xəbər xətti