İsrailin xəstəxana ətrafına etdiyi hücumda 5 nəfər ölüb

13:15 13 Mart 2024

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən tamamilə blokadada saxladığı Qəzza şəhərində xəstəxana ətrafında həyata keçirdiyi hücumlarda aralarında uşaqların da olduğu 5 fələstinli həyatını itirib.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail qüvvələri Qəzza şəhərində Fələstin Qızıl Aypara Cəmiyyətinə aid Qüds xəstəxanasının ətrafını haubitsa topları ilə vurub.

Məlumata görə, İsrail ordusunun Qüds xəstəxanası yaxınlığında həyata keçirdiyi hücumlarda aralarında uşaqların da olduğu 5 mülki vətəndaş həlak olub, çox sayda insan isə yaralanıb.

Kənan Yusif

Sitat.info



Xəbər xətti