Almaniya Qəzzaya hava yardımı əməliyyatında iştirak edəcək

13:21 13 Mart 2024

İordaniyanın Qəzzaya hava yardımı çatdırmaq üçün başlatdığı əməliyyatda Almaniya Hərbi Hava Qüvvələri də iştirak edəcək.

Sitat.info xəbər verir ki, Almaniyanın müdafiə naziri Boris Pistorius Hərbi Hava Qüvvələrinə Qəzzaya hava yardımı çatdırmağı tapşırıb.

Qəzzada insanların ən ibtidai ehtiyaclardan məhrum olduğunu vurğulayan Pistorius deyib: "Onların qida və dərman vasitələrinə əlçatanlığını təmin etmək üçün üzərimizə düşəni etmək istəyirik. Bu məqsədlə Almaniya Silahlı Qüvvələri hər biri 18 tona qədər yük daşıya bilən iki Herkules nəqliyyat təyyarəsi təmin edir. Həqiqət budur ki, yükləri endirmə prosesi təhlükəsiz deyil. Bu məqsədlə təyin olunmuş qruplar müvafiq prosedurlar üzrə təlim keçmiş və yüksək təcrübəyə malikdir".

Kənan Yusif

Sitat.info



Xəbər xətti