Moskva İrəvanla təmasları davam etdirəcək və KTMT-dəki üzvlüyü ilə bağlı vəziyyəti aydınlaşdıracaq.
Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Təbii ki, İrəvanın açıqlamalarını eşitmişik. Qarşıda çox iş var. Bizə həm KTMT çərçivəsində, həm də erməni tərəfdaşlarımızla ikitərəfli səviyyədə təmaslar lazımdır. Ermənistanın Baş nazirinin bəyanatlarına uyğun olaraq hər şeyi aydınlaşdırıb danışacağıq”, - o bildirib.
Peskov KTMT-nin Paşinyanın bu cür bəyanatlarına necə baxdığı sualına cavab verməyib və bu ifadənin özünün yersizliyinə işarə edib:
“Bunu KTMT-dən soruşmaq lazımdır. KTMT adından biz danışmırıq”.