Düşmənə atəş açmaq qadağan edilməyib - Papikyan

16:49 13 Mart 2024

Ermənistanın müdafiə naziri Suren Papikyan “düşmənə atəş açmamaq əmri” ilə bağlı söhbətləri tez təkzib edib.

Sitat.info xəbər verir ki, bu barədə o, parlamentdə jurnalistlərə açıqlamasında deyib.

“Xeyr, atəş açmağı qadağan edən heç bir sərəncam yoxdur. Ermənistan silahlı qüvvələri tapşırılan vəzifələri yerinə yetirməkdə davam edir”, - o bildirib.



Xəbər xətti