ABŞ-dan TikTok qadağasının ilk təsdiqi

20:00 13 Mart 2024

ABŞ Konqresinin Nümayəndələr Palatası TikTok-u qadağan edən qanun layihəsini qəbul edib. "ByteDance" TikTok-un ABŞ-dakı aktivlərini satmasa, platforma ABŞ-da qadağan ediləcək.

Sitat.info xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasında dünyaca məşhur sosial media platforması TikTok-un gələcəyi ilə bağlı səsvermə keçirilib. Səsvermədə 65 əleyhinə 352 səslə Çinin "ByteDance* şirkətinə məxsus TikTok-un ABŞ-da qadağan edilməsinə ilk razılıq verilib.

Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi "ByteDance"dan TikTok-un ABŞ-dakı aktivlərini 6 ay ərzində satmağı tələb edir. Əgər satmasa, platforma ABŞ-da qadağan olunacaq.

Kənan

​​​​​​​Sitat.info



Xəbər xətti