İspaniya İsraillə texnologiya ticarətini dayandırmağı tələb etdi

21:39 13 Mart 2024

İspaniyada solçu azlıq koalisiya hökumətinin kiçik ortağı olan və sol siyasi partiyaların ittifaqından ibarət olan Sumar İsraillə texnoloji ticarət əlaqələrinin dayandırılması təklifini parlamentə təqdim edib.

Sitat.info xəbər verir ki, İspaniyada Qəzzaya hücumlarına görə hökumətə qarşı həm hökumət daxilində, həm də müxalifətdən İsrail əleyhinə siyasi təşəbbüslər davam edir.

Koalisiyanın kiçik ortağı Sumar parlamentə təqdim etdiyi təklifdə Fələstindəki qırğında istifadə edilən texnologiyalarla bağlı bütün məhsulların İsrailə satışının və alışının dərhal dayandırılmasını istəyib.

Kənan Yusif 

​​​​​​​Sitat.info



Xəbər xətti