Rusiyanın Rostov və Ryazan şəhərlərində və Ukrayna sərhədindəki Belqorodda iki neft emalı zavoduna pilotsuz təyyarə ilə hücum edilib. Hücumlardan sonra neft emalı zavodlarında yanğın baş verib və 8 nəfər yaralanıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsi davam edərkən, Ukraynanın Rusiya ərazisinə pilotsuz təyyarələrlə hücumları davam edir.
Rusiyanın Rostov və Ryazan şəhərlərindəki iki neft emalı zavodu pilotsuz uçuş aparatları tərəfindən hədəf alınıb, hücumdan sonra neftayırma zavodlarında yanğın baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyinin qrupları Ryazan şəhərində neft emalı zavodunda baş verən yanğına müdaxilə edərkən, 3 işçi yaralanıb. İşçilər xəstəxanaya göndərilərkən onların səhhətinin yaxşı olduğu bildirilib. Hücuma görə məsuliyyəti heç kim üzərinə götürməyib.
Bildirilib ki, sözügedən zavodda ildə 12,7 milyon ton neft hasil edilir və Rusiyada istehsal olunan aviasiya yanacağının 8 faizi bu müəssisədə emal olunur. Hücumdan sonra istehsalın dayandığı obyektin axşam saatlarına doğru yenidən istehsala başladığı bildirilib.
Rostovadakı neft emalı zavodu da hədəfə alınıb
Rostov şəhərindəki Novoşaxtinski neft emalı zavoduna pilotsuz təyyarənin hücumu nəticəsində yanğın baş verib. Rostov vilayətinin qubernatoru Vasili Qolubev açıqlamasında Ukrayna sərhədinə yaxın Rostovda Rusiyanın neft obyektinə edilən hücumu təsdiqləyib və hücumda can itkisinin olmadığını bildirib.
Hücumdan sonra obyektdəki yanğın qısa müddətdə söndürülüb, dayandırılan istehsal qısa müddətdən sonra yenidən başlayıb.
“Çənlərinizi neftlə doldura bilməyəcəksiniz”
Ukrayna Müdafiə Nazirliyinin (GUR) Kəşfiyyat Baş İdarəsinin mətbuat katibi Andrey Yusov deyib: “Novoşaxtinski neft obyekti Ukraynadakı işğal qruplarını təchiz edən və onlara dəstək verən obyektdir. Bu vəziyyətlə bağlı əlavə şərh verməyəcəyik. Hər kəs əslində nə baş verdiyini mediadan görə bilər. Biz Rusiyanın iqtisadi potensialını azaltmaq üçün müfəssəl, hesablanmış strategiyanı sistemli şəkildə həyata keçiririk. Biz bu hücumu təsdiq etməyəcəyik, amma inkar da etməyəcəyik. “Siz çənlərinizi neftlə doldura bilməyəcəksiniz”.
Məğrur,
Sitat.info