Ərdoğanın mühafizə dəstəsi qəzaya düşdü: 1 polis şəhid oldu

22:43 13 Mart 2024

Türkiyə prezidenti Ərdoğanın mühafizə qrupu Şırnak İdildə yol qəzası keçirib. Qəzada 1 polis məmuru şəhid olub. Prezident Ərdoğan da bu haqda açıqlama verərək, "Polis məmurumuza Allahdan rəhmət diləyirəm. Yaralılara şəfalar diləyirəm" deyib. 

Cizrə-Nusaybin avtomobil yolunda prezident Ərdoğanın Şırnak proqramında vəzifə yerinə yetirən polisləri daşıyan ciplə avtomobil karvanı toqquşub.

Qəzada polis əməkdaşı Fırat Der şəhid olub, 2-si polis olmaqla 3 nəfər yaralanıb.

Prezident Ərdoğan, "Polis məmurumuz Fırat Derə Allahdan rəhmət diləyirəm. Yaralılara şəfalar diləyirəm" deyə bildirib. 

Daxili İşlər Naziri Ali Yerlikaya Şırnakda baş verən yol qəzasında şəhid olan polis məmuru Fırat Der üçün başsağlığı verib.

 

Türkan,

Sitat.info

 



Xəbər xətti