Qəzzada beynəlxalq təşkilatlar: İsrailə silah verən ölkələr var

23:11 13 Mart 2024

Qəzza zolağında fəaliyyət göstərən 25 beynəlxalq təşkilat bəzi ölkələrin havadan humanitar yardım atarkən, İsrailə silah da verdiyini və bunun beynəlxalq cinayət olduğunu açıqlayıb.

Sitat.info xəbər verir ki, "Amnesty International" Qəzzada fəaliyyət göstərən 25 beynəlxalq təşkilatın birgə bəyanatını dərc edib.

Birgə bəyanatda qeyd edilib ki, dövlətlərin Qəzzada ehtiyacları ödəmək üçün kifayət qədər səy göstərdikləri illüziyası yaratmaq üçün hava yardımı və dəniz dəhlizi açmaq səyləri arxasında gizlənmək mümkün deyil.

Kənan

Sitat.info



Xəbər xətti