Sabah IV Media və İslamofobiya Forumu keçiriləcək

23:39 13 Mart 2024

Türkiyə Radio və Televiziya Üst Şurasının təşkilatçılığı ilə dördüncü Media və İslamofobiya Forumu sabah Ankarada “Qlobal və Yerli Ölçülərində İslamofobiya” mövzusu ilə keçiriləcək.

Sitat.info xəbər verir ki, Radio və Televiziya Üst Kurulu (RTÜK) tərəfindən dördüncü dəfə təşkil edilən Media və İslamofobiya Forumu Mədəniyyət və Turizm Nazirliyi, Diyanət İşləri Başçılığı, SETA, Ankara Bilim Universiteti, Erciyes Universiteti, Türk Telekom və Halkbank'ın da ortaqlığı ilə sabah ATO Kongresinde keçiriləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 4 il əvvəl şəxsən iştirak etdiyi və dəstək verdiyi Media və İslamofobiya Forumu akademik, ekspert və ziyalıların iştirakı ilə hər il İslamofobiya probleminin aradan qaldırılması üçün həll yolları axtarır. Xüsusilə mediada əhəmiyyətli məlumatlandırmaya səbəb olan bu ilki görüşlər silsiləsinin əsas mövzularından biri Qəzza olacaq.

Kənan Yusif

Sitat.info



Xəbər xətti