Keyfiyyətsiz və vaxtı keçmiş dərmanların satışının qarşısı alınacaq

13:28 14 Mart 2024

Əhali tərəfindən dərman vasitələrini qeydiyyatı ilə bağlı ciddi narazılıqlar var idi.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisinin Səhiyyə komitəsinin iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişkiliyin müzakirəsi zaman komitə sədri Əhliman Əmiraslanov bildirib.

O bildirib ki, dərman qeydiyyatı üçün çoxlu sayda sənədlər istənilirdi.

“İndi qəbul edəcəyimiz qanun layihəsi bunu nizama salacaq. Dövriyyədə olan dərman vasitələrinin keyfiyyəti ilə bağlı da ciddi narazlıqlar var idi. Belə ki, artıq istehsal olunan dərmanların keyfiyyətinə ciddi nəzarət var.

Keyfiyyətsiz və vaxtı keçmiş dərmanların apteklərdə satılmasının qarşısı alınacaq. Bundan başqa, dərman vasitələrinin qiymətlərinin optimallaşdırılması istiqaməsində də işlər aparılır”, - deyə komitə sədri qeyd edib.



Xəbər xətti