Qənimət götürülən texnikanın dəyəri... - Prezident açıqladı

12:24 14 Mart 2024

Sonuncu antiterror əməliyyatından sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi.

Sitat.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

“Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi”, - deyə dövlət başçısı qeyd edib.



Xəbər xətti