“Uşaq bağçalarında tərbiyəçilərin və təhsilverənlərin işə qəbulu ilə bağlı müvafiq işçi qrup yaradılıb”.
Sitat.info Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev “Təhsil masası”nda deyib.
Onun sözlərinə görə, qəbul prosesinin istiqamətləri ilə bağlı iş aparılır:
“Son nəticə aydın olduqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək. Hesab edirəm ki, bu sahədə inqilabi dəyişikliyin olması nəzərdə tutulmur. Sadəcə bir bağça tərbiyəçisinin bilməli olduğu məqamlar soruşulacaq”.