"Rusiya Paşinyanı devirə biləcək gücdədir. Buna nail olduqda isə xunta hökuməti yaradacaq."
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Ermənistanı parçalamaq üçün Rusiyanın hərbi bazası və radikal çevrilişlər kifayətdir.
"Xunta höküməti formalaşarsa, Qərb ölkələri, məsələn Fransa bu höküməti tanımayacaq. Bunun müəyyən qədər Azərbaycana da faydası olacaq", - o qeyd edib.
Politoloq bildirib ki, xunta höküməti yaransa, Azərbaycanın onlarla dialoqu düz gəlməyəcək. Bu da Rusiya və Azərbaycan arasında gərginliyə səbəb olacaq.
Türkan
Sitat.info