Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Polis Şöbəsinə yeni təyinat olub.
Sitat.info xəbər verir ki, nazirin əmrinə əsasən, polis mayoru Yaqub Hüseynov Xankəndi Şəhər Polis Şöbəsində xidmət üzrə rəis müavini təyin olunub.
Məlumat üçün bildirək ki, Y.Hüseynov daha öncə Göygöl Rayon Polis Şöbəsində xidmət üzrə rəis müavini vəzifəsində çalışıb.