İsrail Qəzzada humanitar yardımların yığıldığı anbarı vurdu: 15 ölü

19:59 14 Mart 2024

Qəzza zolağında əhalini ac və susuz qoyaraq humanitar fəlakətə səbəb olan  İsrail ordusu humanitar yardımların yığıldığı anbarı vurub.  Hücum nəticəsində 8 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Sitat.info Fələstinin rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsindəki yardım paylama anbarını bombalayıb.

İlkin məlumata görə, hücumda azı 8 fələstinli ölüb, çoxlu sayda yaralı var.

Bundan əlavə, İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsindəki evi bombalayıb.

İsrail ordusunun geri çəkildiyi ərazidə 15 nəfərin cəsədi tapılıb. 

Digər tərəfdən Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza zolağının cənubunda İsrail ordusunun qismən geri çəkildiyi Xan Yunus şəhərinin Hamed bölgəsində 15 nəfərin cəsədinin tapıldığını açıqlayıb. Meyitlər Deyr əl-Belah şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.

Nərgiz,

Sitat.info



Xəbər xətti