İsrailin Qəzza zolağında 143 gündür davam etdirdiyi hücumlarda 165 BMT əməkdaşı öldürülüb.
Sitat.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) məlumat verib.
"İsrail ordusunun Qəzza zolağının böyük bir hissəsinə havadan, qurudan və dənizdən intensiv bombardmanları davam edib. Bu, daha çox mülki əhalinin tələfatına, yerdəyişməsinə və infrastrukturun məhvinə səbəb olub", - deyə məlumatda bildirilib.
Açıqlamada Qəzzada indiyədək ən az 23 uşağın qida çatışmazlığı və susuzluqdan öldüyü də qeyd olunub.
Türkan
Sitat.info