CHP-dən istefa verən 400 nəfər AK Partiyaya üzv olub

22:50 14 Mart 2024

İstanbulda CHP-dən istefa verib AK Partiyaya keçən 400 nəfər fikir liderinə partiya nişanları verilib.

Sitat.info xəbər verir ki, AK Partiya Vilayət Başçılığında keçirilən mərasimdə çıxış edən vilayət sədri Osman Nuri Kabaktəpə prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bir çox mövzuda irəliləyiş əldə etdiklərini bildirib.

Şəhərləri canlı bir orqanizm kimi gördüklərini və onlara daim xidmət etmək, böyütmək və inkişaf etdirmək üçün səy göstərdiklərini vurğulayan Kabaktəpə hər 5 ildən bir vətəndaşların qarşısına çıxaraq səlahiyyət tələb etdiklərini, vətəndaşların həm hökumətə, həm də bələdiyyələrə səlahiyyət verdiyini və xidmətə davam etdiklərini bildirib.

Kənan

Sitat.info



Xəbər xətti