Məhəmməd Mustafa Fələstinin yeni baş naziri oldu

23:31 14 Mart 2024

Fələstin prezidenti Mahmud Abbas ötən ay tutduğu vəzifədən istefa verən Fələstinin baş naziri Məhəmməd Ştiyenin yerinə Məhəmməd Mustafanı təyin edib.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Fələstinin baş naziri vəzifəsinə təyin edilən Mustafa, Fələstin İnvestisiya Fondu, Dünya Bankı və Fələstin rəhbərliyinə tabe olan qurumlarda müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, keçmiş baş nazir Məhəmməd Ştiyenin istefası fevralın 26-da qəbul edilib.

Türkan

Sitat.info



Xəbər xətti