İrandan lətifə kimi açıqlama: ABŞ-da qadın hüquqları...

14:11 15 Mart 2024

ABŞ saytlarının qadın və qızlara qarşı cinsi zorakılıq halları ilə bağlı yaydığı statistikalar dəhşətlidir.

Sitat.info xəbər verir ki, bunu İran Prezidenti İbraim Rəisinin qadın və ailə məsələləri üzrə müavini Ənisə Xəzəli deyib.

O, İran hökumətinin ABŞ və digər Qərb ölkələrində hüquqlarından məhrum olan qadınları dəstəklədiyini söyləyib.

Qeyd edək ki, Xəzəli bundan əvvəl 9 yaşlı qız uşaqlarına ailə qurmağa hazırlaşmaları barədə verdiyi tövsiyələrlə gündəmə gəlmişdi.



Xəbər xətti