NTV-nin canlı yayımına qatılan nazir Çavuşoğlu Buçadakı hadisələrin danışıqlara mənfi təsir göstərdiyini, lakin bütün çətinliklərə baxmayaraq atəşkəs ehtimalının olduğunu bildirib.
Liderləri bir araya gətirmək üçün səy göstərəcəklərini ifadə edən nazir Çavuşoğlu, "Biz blokada olan nöqtələrdə vasitəçiyik. Türkiyə olaraq həll üçün çalışırıq"- deyə bildirib.
Mariupoldan təxliyələrlə bağlı danışan Çavuşoğlu bildirib ki, bu məsələdə ciddi problemlər var: "Təəssüf ki, hələ də istədiyimiz nəticəni əldə edə bilməmişik. Hər iki tərəf bir-birini günahlandırır. Təxliyyələri müxtəlif üsullarla həyata keçirdik. Bütün risklərə baxmayaraq, təxliyyə prosesində uğur qazandıq. Avtobusumuz şəhərin çıxışında gözləyir. Bu mövzunu yaxından təqib edirik. Xüsusilə yaralıların çıxarılması üçün bir gəmiyə ehtiyacımız var".
Liderlərin görüşünə gəlincə, Çavuşoğlu bunun daha çox Putinin mövqeyindən asılı olduğunu bildirdi: "Liderlərin görüşü elə iki liderin "hə" deməsindən asılıdır. Xüsusilə Putinin. Putin buna "yox" demədi. İki liderin bir araya gəlməsi üçün fikir ayrılıqlarını azaltmaq lazımdır. Bu məsələdə də iki nümayəndə heyəti arasında gərgin danışıqlar davam edir. Biz görüşlər keçiririk".
Nərgiz,
SİTAT.İNFO