İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS-ın atəşkəs və məhbus mübadiləsi razılaşması ilə bağlı son təklifini rədd edərək, şərtlərin hələ də irrasional olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Baş nazirliyin mətbuat xidməti döyüş kabinetinin iclasından sonra HƏMAS-ın təklifinin rədd edilməsi və Rəfaha hücumun təsdiqlənməsi ilə bağlı açıqlama verib.
Açıqlamada Netanyahunun İsrail ordusunun Qəzzanın cənubundakı Rəfaha hücum planını bəyəndiyi və ordu əməliyyata və (mülki) əhalinin təxliyyəsinə hazırlaşır dediyi bildirilib.
Kənan
Sitat.info