Musəvi: İranda azərbaycanlılar etnik azlıq deyil

19:00 15 Mart 2024

Bütün iranlı etnik qruplar İranı özlərinin hesab edirlər və məncə, ölkəmizdə ən qatı iranlılar bizim azərbaycanlılardır və onlar ölkənin hər yerində mövcuddur.

Sitat.info xəbər verir ki, bu sözləri İranın Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Müsəvi Baku TV-yə müsahibəsində deyib.

O, “İranda Azərbaycan dilində niyə məktəb yoxdur?” sualına münasibət bildirmək istəməyib:

“Bunun bir cavabı var; uzun və qanedici bir cavabdır. Ölkəmizdə bütün etnik qruplar İranı özlərinin vətəni hesab edirlər. Ölkəmizin ali şəxsi azərbaycanlıdır. Azərbaycan dilinə böyük önəm verir. Onun çıxışlarında İranın azərbaycanlılar yaşayan bölgəsində vətəndaşlarımızın Azərbaycan dilində danışmalarını təkid etmələrini görə bilərik. Azərbaycanlılar bizdə etnik azlıq deyillər. İranda addım atdığınız hər yerdə onlarla rastlaşa bilərsiniz. Məncə, millətçilik nöqteyi-nəzərdən özlərini ən çox iranlı hiss edən elə məhz bizim azərbaycanlılardır”.



Xəbər xətti