İsrail rəsmilərinin nifrət dolu çıxışları Qəzzada soyqırımı təşviq edir

19:01 15 Mart 2024

İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən fələstinlilərə qarşı istifadə etdiyi nifrət nitqi bir tərəfdən Qəzzada törədilən insanlığa qarşı cinayətləri təşviq edir, digər tərəfdən də bu cinayətləri normallaşdırmaq məqsədi daşıyır.

Sitat.info xəbər verir ki, AA müxbiri İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bəri baş nazir Binyamin Netanyahu başda olmaqla, İsrail nazirləri və əsgərlərinin fələstinlilərə qarşı istifadə etdiyi nifrət ifadələrini ehtiva edən bəyanatları toplayıb.

Cənubi Afrika Respublikasının 29 dekabr 2023-cü ildə Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) İsrailə qarşı qaldırdığı işdə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyasını pozması əsası ilə İsrail rəsmilərinin işlətdiyi nifrət ifadələrinin soyqırım cinayəti törətmək məqsədi daşıdığı, təxribat xarakterli bəyanatların sübutu kimi qəbul edilmişdir.

Kənan

Sitat.info



Xəbər xətti