Slovakiyada hökumət əleyhinə kütləvi aksiyalar keçirilib

10:00 16 Mart 2024

Slovakiyanın Bratislava və Koşitse şəhərlərində minlərlə fəalın hökumət əleyhinə mitinqləri keçirilib.

Sitat.info xəbər verir ki, nümayişçilər respublika hökumətinin İctimai Televiziya və "Slovak" radiosuna nəzarəti kəskin şəkildə gücləndirmək planlarına etiraz ediblər.

Bratislavada hökumət əleyhinə mitinqdə təxminən 15 min fəal iştirak edib.

Etirazları Slovakiyanın parlament müxalifətinin liberal partiyaları təşkil edib.



Xəbər xətti