Avstriya Rusiyadan qaz idxalını dayandıracaq

10:18 16 Mart 2024

Avstriya hökuməti Rusiya qazının alınmasını tamamilə dayandırmağı qarşısına məqsəd qoyub.

Sitat.info xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Aleksandr Şallenberq amerikalı həmkarı Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.

"Avstriya hökumətinin məqsədi 2027-ci ilə qədər Rusiya qazından tamamilə azad olmaqdır", - deyə A.Şallenberq vurğulayıb.

Daha əvvəl Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bildirmişdi ki, qurum Rusiya kənd təsərrüfatı məhsullarının idxalını məhdudlaşdırmaq perspektivini nəzərdən keçirir.



Xəbər xətti