Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının mandatı daha bir il uzadılıb.
Sitat.info xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Əfqanıstanla bağlı sessiyasında qətnamə layihəsi yekdilliklə qəbul edilib.
Qətnamədə Missiyasının vəzifə və səlahiyyətləri dəyişdirilməyib və Əfqanıstan üzrə xüsusi nümayəndə Roza Otunbayeva yenidən rəhbər təyin edilib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının təxminən 1200 əməkdaşı var.