Almaniya kansleri İsrailin planına qarşı çıxdı

12:13 16 Mart 2024

Almaniya kansleri Olaf Şolts İordaniyaya səfərindən sonra martın 17-də İsrailə gedəcək.

Sitat.info xəbər verir ki, bu, kanslerin oktyabrın 7-dən bəri İsrailə ikinci səfəridir. Bununla belə, həmrəylik ifadə etmək məqsədi daşıyan əvvəlki səfərdən fərqli olaraq, bu dəfə kansler, çox güman ki, Qəzza sektoruna humanitar yardımın çatdırılmasına diqqət yetirəcək və İsrailin Rəfahda irəliləməsinin qarşısını almağa çalışacaq.

Şolts Almaniyanın DPA xəbər agentliyi ilə söhbətində Rəfaha genişmiqyaslı hücumun, eləcə də baş baş nazir Netanyahunun təqdim etdiyi plana əsasən İsrailin müharibədən sonra Qəzza zolağına nəzarət etməsinə qarşı olduğunu açıq şəkildə bildirib.



Xəbər xətti