NATO-nun baş katibi Yens Stoltenberq sabah – martın 17-də Azərbaycana səfər edəcək.
Sitat.info xəbər verir ki, Yens Stoltenberqin Bakıda hansı görüşlərdə iştirak edəcəyi məlum olub.
Bu barədə Şimali Atlantika Alyansının mətbuat xidmətindən bildirilib.
Stoltenberq martın 17-də Bakıda prezident İlham Əliyevlə, martın 18-də xarici işlər naziri Ceyhun Bayramov və müdafiə naziri Zakir Həsənovla danışıqlar aparacaq.
Martın 18-də NATO-nun baş katibi Tbilisiyə yola düşəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşəcək.
Martın 19-da Stoltenberq İrəvana səfər edəcək, orada prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.
Həmin gün NATO-nun baş katibi Ermənistanın baş naziri ilə birgə mətbuata bəyanatla çıxış edəcək.
NATO-nun baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfəri martın 17-19-nu əhatə edəcək.