İranda 4,9 bal gücündə zəlzələ baş verib

09:44 18 Mart 2024

İranın cənubunda 4,9 bal gücündə zəlzələ baş verib.

Sitat.info-nun məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seymoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Şiraz şəhərindən 216 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 25 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.



Xəbər xətti