Putin prezident seçkilərində qalib gəlir

09:28 18 Mart 2024

Rusiyada seçki bülletenlərinin 99,1 %-i hesablanıb, hazırkı dövlət başçısı Vladimir Putin prezident seçkilərində liderdir.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında dərc olunan məlumatda deyilir.

Prezident seçkilərində səsvermənin nəticələrinə əsasən, bülletenlərin 99,1 %-nin hesablanmasından sonra Vladimir Putin (namizədliyi özü tərəfindən irəli sürülüb) 87,33 %, Nikolay Xaritonov (Rusiya Kommunist Partiyası) 4,31%, Vladislav Davankov ("Yeni İnsanlar") 3,79%, Leonid Slutski (RLDP) - 3,19 % səs toplayıb.



Xəbər xətti