İstanbul NS-də həkim səhlənkarlığı: qadın öldü

19:00 18 Mart 2024

stanbul NS Klinikasında ölüm halı qeydə alınıb.

Sitat.info xəbər verir ki, bu barədə jurnalist Fərahim Qasımov sosial şəbəkədə paylaşım edib.

O, anasının sözügedən xəstəxanada həkim səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyini yazıb.

"Dünən heç bir problemi olmayan anama klinikada sistem vurublar. Elə oradaca keçinib. Tibb bacısı Mələk Abbasova yoxlanış etmədən sistem köçürüb. Həkimi İlham Hüseyn isə yaxasını çəkib, durub kənarda ki, mənlik deyil. Sanki müalicələri o yazmamışdı. Hələ bu yetməzmiş kimi, məsuliyyətdən boyun qaçırmaq üçün təcili yardımla evə göndərmək istəyiblər ki, guya evdə keçinib. İlham Hüseynin tapşırığı ilə keçinən anamı tez reanimasiya şöbəsinə keçirib, süni nəfəs aparatına bağlayıblar ki, guya müdaxilə olunub, ancaq xilas edə bilməyiblər. Tibb bacısı M. Abbasova özü mənə dedi ki, sistemin altında keçinib", - deyə jurnalist bildirib.



Xəbər xətti