BMT: Qəzzada aclıqdan ölüm halları İsrailin məhdudiyyətləri səbəbindən baş verir

15:43 19 Mart 2024

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk Qəzzada aclıqdan ölənlərin İsrailin humanitar yardım və kommersiya məhsullarının ölkəyə girişinə və paylanmasına hərtərəfli məhdudiyyətlər qoyması səbəbindən baş verdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Türk, İsrailin sıx hücumlarına məruz qalan Qəzzada aclıq riski ilə bağlı yazılı açıqlama verib.

Qəzzada gözlənilən aclığın qarşısının alınması lazım olduğunu vurğulayan Türk, BMT-nin bu məsələ ilə bağlı son xəbərdarlıqlarının nəzərə alınmadığını bildirib.

Kənan Yusif

Sitat.info



Xəbər xətti