Türkiyə ordusu şəhid verdi: 6 terrorçu da məhv edildi

16:30 19 Mart 2024

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında “Pəncə-Kilid” əməliyyat zonasında daha bir şəhid verib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terrorçuların diversiya-kəşfiyyat cəhdlərinin qarşını alarkən Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən biri şəhid olub. Həmçinin, 4 hərbçi yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.

“Atışma nəticəsində 6 terrorçu öldürülüb. Hazırda döyüşlər davam edir”, - məlumatda bildirilib.

Şəhid və yaralıların adı hələ ki açıqlanmayıb.



Xəbər xətti