"ABŞ Ukraynanın məğlub edilməsi və onların uğursuzluğa düçar olmasına imkan verməyəcək."
Sitat.info xəbər verir ki, bu sözləri ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.
Nazir, Ukrayna qüvvələrini müdafiə etmək üçün hər şeyi etdiklərini, Rusiyaya qarşı Ukraynanı dəstəkləməyə davam edəcəklərini vurğulayıb.
"Ukraynanın azad olmasını istəyirik. Putin Ukraynadan sonra dayanmayacaq. Ancaq lazım olan dəstək verilərsə, Ukrayna Rusiyanı dayandıra biləcək", - o qeyd edib.
Türkan
Sitat.info