Oktyabrın 7-dən indiyədək 7 min 670 nəfər saxlanılıb

18:00 19 Mart 2024

İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 2023-cü il oktyabrın 7-dən bu yana nəzarətə alınan fələstinlilərin sayı 7 min 670-ə yüksəlib.

Sitat.info xəbər verir ki, Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyətinin birgə bəyanatında İsrail qüvvələrinin İordan çayının qərb sahilində basqınlarını davam etdirdiyi bildirilib.

Açıqlamada İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində müxtəlif nöqtələrə basqın edərək, aralarında fələstinli jurnalist Rola Hasaneyn və daha əvvəl sərbəst buraxılan keçmiş məhbusların da olduğu 15 fələstinlini nəzarətə götürdüyü qeyd edilib.

Kənan

​​​​​​​Sitat.info



Xəbər xətti