İsrail Qəzzanın mərkəzi hissəsində bir evi hədəfə alıb

18:08 19 Mart 2024

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Ən-Nüseyrat Qaçqınlar Düşərgəsindəki evi bombalaması nəticəsində çoxlu fələstinli həyatını itirib.

Sitat.info xəbər verir ki, şahidlərdən alınan məlumata görə, Nuseyrat Qaçqınlar Düşərgəsinin qərbində Əl-Həcc ailəsinin evinə edilən hücumda aralarında uşaqların da olduğu çoxlu sayda insan ölüb və yaralanıb.

Hücum zamanı evin böyük hissəsi dağılıb, ətrafdakı evlərə də böyük ziyan dəyib.

Kənan Yusif

Sitat.info



Xəbər xətti