İtaliya İsrailin planlaşdırdığı hərbi əməliyyata qarşıdır

22:12 19 Mart 2024

İtaliya İsrailin Qəzza zolağının Rəfah şəhərinə qarşı planlaşdırdığı hərbi əməliyyatın əleyhinədir.

Sitat.info xəbər verir ki, bu sözləri İtaliyanın baş naziri Giorgia Meloni deyib.

Baş nazirin sözlərinə görə, bu əməliyyatın bölgədə yaşayan mülki şəxslər üçün daha fəlakətli nəticələri ola bilər.

"Bir daha bəyan edəcəyik ki, İsrailin Rafaha qarşı hərbi əməliyyatına qarşıyıq. Humanitar yardımların Qəzzayə təhlükəsiz çatdırılması üçün yeni quru yol və dəniz dəhlizinin açılması vacibdir", - deyə o qeyd edib.

Türkan

Sitat.info



Xəbər xətti