Çin Ay proqramı üçün yeni peykini uğurla orbitə buraxıb

10:01 20 Mart 2024

Çin Ayın tədqiqini asanlaşdıracaq "Tsuesyao-2" ("Sağsağan körpüsü-2") peykini orbitə buraxıb.

Sitat.info-nun məlumatına görə, bu barədə Çin Milli Kosmik İdarəsi xəbər xəbər verib.

"Buraxılış missiyası tam uğurla keçdi", - deyə qurumdan bildirilib.

Peyklə birlikdə “Changzheng-8” daşıyıcı raketi yerli vaxtla saat 8:31-də Çinin cənubundakı Haynan əyalətində yerləşən Vençan Peyk buraxılış Mərkəzindən orbitə buraxılıb. Orbitə buraxıldıqdan 24 dəqiqə sonra peyk daşıyıcı aparatdan ayrılaraq ötürmə orbitinə daxil olub.



Xəbər xətti