Pakistanda 5,4 bal gücündə zəlzələ olub

10:17 20 Mart 2024

Pakistanın qərbində 5,4 bal gücündə zəlzələ baş verib.

Sitat.info-nun məlumatına görə, bu barədə ABŞ-ın Geoloji xidməti xəbər verib.

Məlumata əsasən, yeraltı təkanların episentri Nuşki şəhərindən (Bəlucistan əyaləti) 67 km şimal-qərbdə olub. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.



Xəbər xətti