Müharibə məhz Şuşa uğrunda gedirdi - Paşinyan

15:47 14 Aprel 2022

Şuşasız Qarabağda müharibəni dayandırmaq və ya qarşısını almaq mümkün olmazdı.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Bizə deyirlər ki, Şuşanı verdiniz. Müharibə elə məhz Şuşaya görə gedirdi. Deyirlər ki, müharibəni dayandırardınız. Sizcə, biz müharibəni dayandırmaq barədə düşünməmişdik? Bu, sadacə mümkünsüz idi”, - Paşinyan qeyd edib.

Paşinyan Fərrux ətrafındakı vəziyyəti misal göstərib:

“Əgər biz başqa yolla getsək, Qarabağı vermiş olacağıq. Fərrux ətrafındakı vəziyyət buna misaldır. Bu halda hər şeyi hissə-hissə təhvil verməyə başlayacağıq. Bəsdir bir-birimizi aldatdıq”.



Xəbər xətti