HƏMAS-ın 3 yüksək rütbəlisi məhv edildi

11:53 21 Mart 2024

İsrail qüvvələrinin Qəzzanın cənubundakı Rəfah şəhərinə hava hücumu zamanı HƏMAS-ın 3 yüksək rütbəli üzvü məhv edilib.

Sitat.info xəbər verir ki, bu barədə “Times of İsrail” məlumat yayıb.

Hücum nəticəsində HƏMAS Fövqəladə Komitəsinin Rəfahdakı 3 üzvü - Seyid Qutb əl-Həşaş, Usamə Həməd Zahir və Hadi Əbu əl-Rəus öldürülüb.

Həmçinin komitənin Məhəmməd Avad Əl-Mullahi adlı başqa bir üzvü hücum zamanı yaralanıb.



Xəbər xətti