İsrail "Əl-Şifa" xəstəxanasında "HƏMAS" üzvlərini saxladığını bildirib

09:02 22 Mart 2024

İsrail ordusunun hərbçiləri Fələstinin Qəzza zolağının şimalındakı "Əl-Şifa" xəstəxana kompleksi ərazisində Fələstinin "HƏMAS" və "İslami Cihad" qruplaşmalarının 358 üzvünü saxlayıblar.

Sitat.info-nun məlumatına görə, bu barədə brifinq zamanı İsrail ordusunun rəsmi nümayəndəsi Daniel Haqari deyib.

""Əl-Şifa"da əməliyyat davam edir. Bu əməliyyat müharibə başlayandan bəri qarşılaşdığımız ən böyük terrorçu cəmləşdirməsi ilə xarakterizə olunur. Bu günə qədər biz 500-dən çox şübhəli şəxsi saxlamışıq ki, onlardan 358-i "HƏMAS" və "İslami Cihad" terrorçularıdır", - deyə o bildirib.



Xəbər xətti