Qərb ordusu Ukraynaya bu vaxt gələcək – Orban

16:10 22 Mart 2024

Qərbin 2-3 ay ərzində Ukraynaya qoşun yeritməyə qərar verəcəyi istisna deyil.

Sitat.info xəbər verir ki, bu sözləri Macarıstan Baş naziri Viktor Orban deyib.

O iddia edib ki, hazırda absurd və ağlasığmaz görünən məsələ iki-üç aydan sonra reallığa çevriləcək.

Orban dünya müharibəsinin artıq çox yaxın olduğunu vurğulayıb.

Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndəriləcəyini istisna etməmişdi.



Xəbər xətti