Terror akktında 40 ölü, 100 yaralı var - Rusiya Federal Təhlükəsizlik Xidməti

00:04 23 Mart 2024

Moskva vilayətində “Krokus Siti Holl”-da törədilən terror aktı nəticəsində ilkin məlumatlara görə 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Sitat.info Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Fedral Təhlükəsizlik Xidmətindən məlumat verilib.

“İlkin məlumatlara görə, “Krokus Siti Holl” kompleksində törədilən terror aktı nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb” deyə bildirilib.

Xüsusi xidmət orqanları əməliyyat-axtarış tədbirləri həyata keçirir. Zərərçəkənlərə yardımın göstərilməsi üçün tədbirlər görülür.

 

Məğrur,

Sitat.info



Xəbər xətti