Rusiyanın paytaxtı Moskvada konsert salonuna hücum olub. Rusiya Xarici İşlər Nazirliyi hücumu terror aktı kimi qiymətləndirib. Türkiyə, Azərbaycan və Qırğızıstan hücumu pisləyib.
Sitat.info xəbər verir ki, Moskvanın "Crocus City Hall" konsert salonuna hücum zamanı azı dörd silahlı şəxs atəş açıb. Terror aktı nəticəsində 40 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı açıqlanıb.
Hücumla bağlı ölkələrdən qınama mesajları gəlib.
Kənan Yusif
Sitat.info