"Crocus City Hall"da baş verən terror aktı Qərb kəşfiyyat xidmətlərinin uzun illərdir Rusiya ilə apardığı müharibənin bir hissəsidir.
Sitat.info xəbər verir ki, bunu rusiyalı senator Andrey Klişas bildirib.
"Törədilən terror aktı araşdırılacaq və biz onu törədənləri tapacağıq, lakin bu gün mən şübhə etmirəm ki, bu hücum Qərb kəşfiyyat xidmətlərinin uzun illərdir Rusiya ilə apardığı müharibənin bir hissəsidir. Biz hər şeyi xatırlayırıq. 90-cı illərdə Qafqazdakı terrorçular, 2014-cü ildə Ukraynada dövlət çevrilişi, Minsk razılaşmalarının pozulması, Novorossiyada dinc əhalinin məhv edilməsi, russofobiya, neonasizmə dəstək, Krokus... Bunlar hamısı eyni müharibənin mərhələləridir", - senator deyib.
Qeyd edək ki, “Crocus City Hall”da terror aktında rəsmi məlumatlara görə, 40 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Qeyri-rəsmi mənbələr isə ölənlərin sayının 130-u keçdiyini iddia edir.