Bu gün Bakının Sabunçu rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar martın 23-də Sabunçu rayonunun bir hissəsinə (Yavər Əliyev küçəsu, Şəhər şosesi ərazisi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.