“Crocus”da ölənlərin sayı artdı

14:14 25 Mart 2024

“Crocus City Hall”da baş verən terror aktında ölənlərin sayı 144 nəfərə çatıb.

Sitat.info xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, daha 97 nəfər xəstəxanada müalicə alır.

Qeyd edək ki, rəsmi məlumata görə, martın 22-də Moskvadakı “Crocus City Hall”da baş verən terakt nəticəsində 137 nəfər ölüb, 180 nəfər yaralanıb.



Xəbər xətti